Publika.az xəbər verir ki, Qəbələyə turist aparan "Mercedes" markalı avtobusa çırpılan "VAZ 2107"də olan ailə üzvləri Şəki rayonunun Qayabaşı kəndindən olub. Belə ki, kənddəki poçt filialının müdiri olan 44 yaşlı İlham Quliyev həyat yoldaşı və 2 körpə övladı ilə birlikdə Şəkidən Bakıya – paytaxtda yaşayan qayınatasıgilə qonaq gedərkən qəza baş verib. Nəticədə İ.Quliyevlə yanaşı həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva vəfat edib. Ailədən yalnız azyaşlı Elcan Quliyev sağ qalıb, hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Dəhşətli qəzada vəfat edən ailə üzvləri bu gün Qayabaşı kənd qəbiristanlığında dəfn ediləcəklər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !