Azərbaycanda POS-terminalların sayı azalıb

20:00 | 01.06.2020
Azərbaycanda POS-terminalların sayı  azalıb

Azərbaycanda POS-terminalların sayı azalıb

Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 14 459 vahid və ya 20% azalaraq mayın 1-nə 56 668 ədəd təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, POS-terminalların 36 311 ədədi və ya 64%-i Bakıda, 20 357 ədədi və ya 36%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ayı ərzində 41 ədəd və ya 1,5% azalıb.

Qeyd edək ki, ilin əvvli ilə müqayisədə bankomatların sayında 11 ədəd, POS-terminallar üzrə isə 10 800 ədəd azalma olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM