Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb

08:55 | 09.12.2023
Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır.

"Report”un məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.

Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib.Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.

MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM