Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.
2015-ci ilin avqustun 1-nə Azərbaycan banklarında problemli kreditlərin həcmi 1 milyard 294, 8 milyon manat təşkil edib. Bu da 2015-ci ilin iyulun 1-nə olan göstəricidən 3,3% azdır.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edək ki, iyun ayının sonunda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 338, 7 milyon manat təşkil etmişdi.
Onu da əlavə edək ki, son bir ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,6%-dən 6,4%-ə düşüb.
Bundan əlavə, AMB bildirib ki, avqustun 1-nə istehlak kreditlərinin həcmi 7 milyard 769,9 milyon manat olub, bu da ümumi kredit qoyuluşunda payı 38,5% təşkil edib. Bir ayda istehlak kreditlərinin həcmi 114,7 milyon manat azalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !