Azərbaycanda pul bazasının həcmi 2015-ci il avqustun 1-nə 7 467,5 mln. manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 19,5 mln.manat və ya 0,3% azdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, pul bazası 2014-cü il sentyabrın 1-də maklsimal həddə - 11 743,6 mln. manata çatıb. Hazırda pul bazası maksimal həddən 4 276,1 mln. manat və ya 36,4% azdır.
Qeyd edək ki, pul bazası nağd pul və bankların ehtiyatlarını əks etdirir. Kommersiya banklarının ehtiyatları, yəni AMB-də müxbir hesabları hazırda önəmli miqdar təşkil etmədiyi üçün pul bazası demək olar ki, nağd pul kütləsinin həcmini göstərir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !