Ələt-Astara magistralına alternativ çəkilən 4 zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək.
Xezerxeber.az xəbər verir ki, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan bu yolda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlanma işləri aparılır.
Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür. Müvəqqəti olaraq sürücülər hazırda isitfadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər. İki gediş və iki gəliş zolaqından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yol boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.
Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabtinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !