Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

10:55 | 17.08.2019
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. 


Anews.az-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. 




S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM