Azərbaycanda qadın və kişi sahibkarların faizi nə qədərdir - RƏSMİ

18:02 | 18.01.2023
Azərbaycanda qadın və kişi sahibkarların faizi nə qədərdir - RƏSMİ

Azərbaycanda qadın və kişi sahibkarların faizi nə qədərdir - RƏSMİ

Cari ilin 1 yanvar məlumatına görə ölkədə 1 milyon 222 min fərdi sahibkar qeydiyyatdan keçib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. 

Qeydiyyatdan keçən sahibkarların 78% kişilər, 22% isə qadınlardır. 


Sahibkarlıq fəaliyyəti əsas Bakının payına düşür. Belə ki, Bakıda 27.6%, Lənkəran-Astarada 10.1%, Qazax-Tovuzda 7.5 və Mərkəzi Aranda 6.9% sahibkar qeydiyyata düşüb. 


Qazax-Tovuz (26,1%), Gəncə Daşkəsən (25,3%), Naxçıvan Muxtar Respublikası (24,3%), Bakı (23,9%), Lənkəran-Astara (22,2%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır


Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Nəqliyyat və anbar təsərrüfatı” və "Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçmişdir.

Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM