Azərbaycanda qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir.ANN.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə 22 doğum evi, 152 qadın məsləhətxanası, 275 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur.Qeyd edək ki, 2014-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 772,4 min nəfərini qadınlar təşkil edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !