• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda qanunu pozan hərbçilərə hökm oxundu

Azərbaycanda qanunu pozan hərbçilərə hökm oxundu
29.05.2020 04:22
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisinin köməkçisi, kapitan Musayev Ceyhun Ələddin oğlu və hərbi hissənin maliyyə xidmətinin rəisi, polkovnik-leytenant Papaxov Musa Şəhmir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin C. Musayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti hesab olunub.Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda əmlakı mənimsəmə) maddəsinə əsasən ittiham olunurlar. Bir müddət əvvəl mətbuatda yayılmış məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hərbi hissədə 2009-2011-ci ilədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə yoxlanması zamanı yeyinti aşkarlanıb. Faktla bağlı aparılan istintaq zamanı məlum olub ki, hərbi hissənin 2009-2011-ci illəri əhatə edən rəsmi maliyyə sənədləri oğurlanaraq 2011-ci il sentyabrın 3-də Bakıda yandırılmaqla məhv edilib. Onların qabaqcadan əlbir olaraq 87186,79 manat vəsaiti mənimsədiyi də yayılan məlumatlarda öz əksini tapıb. Onu da qeyd edək ki, hökmdən narazı qalan qarşı tərəfin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiyasına müraciət edib. Həmin şikayət əsasında hazırda məhkəmə prosesi davam etdirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol