Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib

21:00 | 29.05.2023
Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib

Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qarabağ KOB-ları Proqramına start verilib.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün tviter hesabında yazıb.

"Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurumlarına dəstək göstəriləcək", - Məmmədov qeyd edib.

#KOBİA və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə #Qarabağ KOB-ları Proqramına start verdik. Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurmalarına dəstək göstəriləcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb