• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Azərbaycanda qasırğaların baş verməsi halları artıb

Azərbaycanda qasırğaların baş verməsi halları artıb
08.12.2016 09:00
Son illərdə Azərbaycanda qasırğaların intensivliyi artıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Bu təbiət hadisəsinin ən çox ABŞ, Yaponiya, Çin və İndoneziyada müşahidə edildiyini deyən alim qeyd edib ki, son dövrlərdə dünyada həm qasırğanın tez-tez baş verməsi halları artıb, həm də onun dağıdıcı qüvvəsi çoxalıb.

Azərbaycanda da güclü küləklərin əvvəllər olduğunu xatırladan M.Həsənov əlavə edib ki, son illərdə ölkəmizdə qasırğalar daha tez-tez baş verir: "Məsələn, 2007-ci ilin fevral ayının 25-də Abşeron yarımadasında küləyin sürəti 35-41, Zərdabda 38, Neftçalada 35, Gəncədə 35-40 saniyə/metr olub. 2008-ci ildə yenə də Zərdabda, Mingəçevirdə 33-36 saniyə/metr gücündə küləklər olub. Tipik qasırğa hesab edilən küləklər sonrakı illərdə də çox qeydə alınıb. 2014-cü ildə Gəncədə, Bakıda saniyədə 40 metr sürəti olan qasırğalar müşahidə edilib”.

M.Həsənov deyib ki, qasırğalar daha çox ölkənin qərb hissəsində, xüsusilə Gəncə-Qazax zonasında qeydə alınır. Ağdaş, Göyçay, Zərdab rayonlarında da qasırğaların baş verməsi halları müşahidə edilir.

İnstitut rəsmisi qasırğaların infrastruktura dağıdıcı təsir göstərdiyini də söyləyib: "Azərbaycanda qasırğalar olarkən damların uçması, elektrik dirəklərinin, böyük ağacların aşması, yaşayış məntəqlərinin ışıqsız qalması, qaz borularının əyilməsi kimi hallar müşahidə edilib”.

M.Həsənov deyib ki, qasırğaların baş verməsinin əsas səbəbi yaxın ərazilərin arasında yüksək təzyiq fərqinin olmasıdır: "Təzyiq fərqi nə qədər çox olarsa, qasırğanın gücü də bir o qədər böyük olur".

M.Həsənovun sözlərinə görə, bəzən Xəzərdə küləyin sürəti saniyədə 30-40 metrə çatdıqda dalğaların hündürlüyü 8-10 metrə qədər qalxır. Ancaq bu, sahil zonası üçün elə də təhlükə törətməyib. Çünki bu dalğalar Bakıdan 30-40 km məsafədə yerləşən ərazilərdə qeydə alınıb.

M.Həsənov Azərbaycanda sunaminin baş vermə təhlükəsinin olub-olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, sunaminin baş verməsi üçün çox böyük sahə lazımdır: "Sunami sualtı zəlzələ və vulkan püskürmələrindən dəniz suyunun sürətli hərəkətə gəlməsidir. Amma Xəzər dənizi elə böyük su hövzəsi deyil. Ona görə də Azərbaycanda sunaminin baş verməsi mümkün deyil”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Cəmiyyət 21:54
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Cəmiyyət 21:14
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Bu yolda sürət həddi endirildi
Cəmiyyət 20:45
Bu yolda sürət həddi endirildi
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəmiyyət 20:11
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 19:53
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 19:38
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Cəmiyyət 19:35
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Cəmiyyət 18:58
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol