Azərbaycanda qatar relsdən çıxdı

13:45 | 29.01.2014
Azərbaycanda qatar relsdən çıxdı

Azərbaycanda qatar relsdən çıxdı

Azərbaycanda yük qatarı relsdən çıxıb. ANS PRESS-in məlumatına görə, hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb. Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM