Ötən gün axşam saatlarında Sumqayıtda 4 ardıcıl qəza baş verib.
Bu barədə tanınmış Formula 1 şərhçisi Rahim Alıyev bildirib.
Onun sözlərinə görə, "Komsomolski" deyilən ərazidə, FHN-in qarşısında böyük sürətlə gələn maşın işıqforda dayanan maşına çırpılıb:
"Əslində çırpılmadı, hiss olunurdu ki, özünü qəsdən çırpdı. Vurulan maşından düşənlər şokda idilər, xüsusən də bir cavan qız yerində tullanıb-düşürdü.
Arxadan vuran maşın isə əvvəlcə dayandı, sonra isə yoluna davam elədi. Növbəti işıfordan sonra "Trikotaj" fabrikinin qarşısında əzilmiş daha iki maşın dayanmışdı.
Nəhayət, şəhərin girişindəki yolayrıcında yol polisi bir əzilmiş maşını saxlamışdı. Amma bilmədim ki, həmin qoçuluq edən maşındır, ya onunla bir kompaniyada olan maşınlardandır. Çünki onlar tək deyildilər".
Baş verən qəzaların görüntüsünü təqdim edirik:
baku.ws
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !