İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qoşulub qaçıb.
Bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb.
Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.
Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.
Onların Türkiyəyə qaçdığı bildirilir.
(publika.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !