Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

16:15 | 15.11.2023
Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu da bildirib.
 
Hazırda dünyada 529 milyona yaxın şəkərli diabet xəstəsi var. Bu barədə "The Lancet” hesablama aparıb.
 
"Bu rəqəmin 2050-ci ilə qədər 1,3 milyarda çatacağı proqnozlaşdırılır.  Hazırkı qlobal yayılma nisbəti 6,1% təşkil edir. Super-region səviyyəsində ən yüksək göstərici Şimali Afrika və Yaxın Şərqdə 9,3% təşkil edir. bu rəqəmin 2050-ci ilə qədər 16,8%-ə, Latın Amerikası və Karib hövzəsində bu nisbətin 11,3%-ə yüksələcəyi bildirilir",- hesablamada qeyd olunub.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 320 min 982 şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 29 min 804 nəfəri insulindən asılı şəkərli diabet xəstələri, 291 min 178 nəfəri insulindən asılı olmayan şəkərli diabet xəstələridir. 2021-ci ildə isə bu rəqəm 306 min 751 olub.
 
1991-ci ildən Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il qeyd olunan gün şəkərli diabetə qarşı insulini kəşf edən fizioloq Fredrik Bantinqin doğum günü ilə bağlı olaraq hər il 14 noyabr "Beynəlxalq Diabetlə Mübarizə Günü” kimi qeyd olunur.
 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb