Azərbaycanda qeydiyyatdan keçən avtomobillərin 30%-i sığortasızdır

20:05 | 23.09.2015
Azərbaycanda qeydiyyatdan keçən avtomobillərin 30%-i sığortasızdır

Azərbaycanda qeydiyyatdan keçən avtomobillərin 30%-i sığortasızdır

Respublika üzrə qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb. 

Oxu.Az Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov bildirib. 

"Avtomobillərin icbari sığortaya cəlb olunmasında DYP-nin və digər təşkilatların köməyinə ehtiyac vardır” - deyə, sədr bildirib.

Onun sözlərinə görə, cari ilin sonunadək şirkət iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialını bağlayacaq:

"Dövlət Sığorta Şirkəti respublikanın bütün rayon və şəhərlərində hüquqi və fiziki şəxslərə 28 könüllü, 8 icbari sığorta növü üzrə xidmət göstərən 79 filialı mövcüddür.Şirkətin İdarə Heyətinin müvafiq qərarları ilə iqtisadi cəhətdən səmərəli olmadığına görə Sumqayıt şəhəri, Naftalan şəhəri, Zərdab rayon və 2 saylı Bakı şəhər filiallarının fəaliyyəti dayandırılıb. Cari ilin sonunadək iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub”.

M. Məmmədov qeyd edib ki, sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 1 mln. manat sığorta ödənişi verilib:

"Respublika üzrə mövcud olan yaşayış evlərinin və mənzillərin cəmi 6%-i icbari sığortaya cəlb olunub. Bu səbəbdən də Dövlət Sığorta Şirkəti tərəfindən 89 526 yaşayış evi və mənzil sığorta olunmaqla 3 mln. manat sığorta haqqı toplanmasına nail olunub. Qeyd olunan dövrdə qanunda nəzərdə tutulmuş sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 1 mln. manat sığorta ödənişi verilib”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM