Azərbaycanda qeyri-adi restoran - FOTO + VİDEO

20:09 | 04.02.2014
Azərbaycanda qeyri-adi restoran - FOTO + VİDEO

Azərbaycanda qeyri-adi restoran - FOTO + VİDEO

Qubada beynəlxalq aeroportun tikiləcəyi barədə dəfələrlə məlumat verilib. Artıq hava limanının tikiləcəyi yer də məlumdur. Amma sən demə təyyarə Qubaya aeroport hazır olmamışdan qabaq enib. Özü də “TU-134B”.Oxu.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba rayonunun Qələdüz kəndində istifadəyə yarasız təyyarədən restoran kimi istifadə ediləcək.Bu məqsədlə Rusiya istehsalı olan “TU-134B” markalı təyyarə kranların köməyi ilə sütunların üzərinə qaldırılıb. İçərisində təmizlik və təmir işləri görülüb.Təyyarənin restoran kimi istifadə olunacaq hissəsi 17,5 metr uzunluğunda və 8 ton ağırlığındadır.Qurulacaq unikal restoranın sahibi, Dağlı-qələduz bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev istifadəyə yararsız təyyarə hissələrinin ona hədiyyə verildiyini bildirib. Hava gəmisi paytaxtdan adıçəkilən əraziyə ötən ilin oktyabr ayında gətirilib.Restoranı açacaq şəxs yaxın vaxtlarda təyyarənin digər hissələrini də kəndə gətirməyi düşünür. Maraqlıdır ki, qonaqlar “təyyarə restorana” trap vasitəsi ilə qalxacaq. “Təyyarə restoran”ın ümumi görünüşünü tamamlamaq üçün onun qanadları da əsas hissəyə birləşdiriləcək.Qeyri-adi restoranın yaradılmasında əsas məqsəd bol müştəri toplamaq və yaxşı gəlir əldə etməkdir. Qubanın Qələdüz kəndi dağ turizmi üçün əlverişli şəraitə malik olduğundan “Təyyarə restoran”a turistlərin böyük axın edəcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti