• $
  • £

Azərbaycanda qış turizmi mövsümünə start verilib

Azərbaycanda qış turizmi mövsümünə start verilib
18.12.2022 15:28
Dekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün "Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin "Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də "Şahdağ"Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

"Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb. (report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol