Azərbaycanda qiymətlərin nə qədər artdığı – RƏSMİ AÇIQLANDI

12:02 | 12.07.2019
Azərbaycanda qiymətlərin nə qədər artdığı – RƏSMİ AÇIQLANDI

Azərbaycanda qiymətlərin nə qədər artdığı – RƏSMİ AÇIQLANDI

2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz bahalaşıb.

Anews.az Dövlət Statistia Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.

İyun ayında isə may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb