Azərbaycanda qiymətlərin nə qədər bahalaşacağı açıqlandı

14:25 | 16.12.2013
Azərbaycanda qiymətlərin nə qədər bahalaşacağı açıqlandı

Azərbaycanda qiymətlərin nə qədər bahalaşacağı açıqlandı

Azərbaycanda yanacağın bahalaşması ölkə iqtisadiyyatına birmənalı olaraq təsir göstərəcək.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.Onun sözlərinə görə, qiymətlərin artırılmasının iqtisadi təsirinin dəqiq qiymətləndirilməsi bank tərəfindən gələn ilin yanvar ayında aparılacaq.Lakin ilkin hesablamalara görə, bu, gələn il üçün inflyasiyanın səviyyəsinin 9 faizədək artmasına səbəb olacaq.N.Vəliyev bildirib ki, Azərbaycanda yanacağın bahalaşması həm istehlak qiymətlərinin artmasına, həm də istehlak tələbatının azalmasına təsir edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb