Azərbaycanda yeni qızıl fabriki fəaliyyətə başlayıb.
ANS TV-nin məlumatına görə, ölkədə qiymətli metal hasislatını və emalını həyata keçirən "Anglo-Asian Mining” növbəti fabrikini Gədəbəydə açıb.
Yeni açılan flotasiya fabrikində həm mis, həm də digər qiymətli metallar istehsal olunacaq. Fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir. Hazırda metalların bərpası prosesi, istehsal edilən konsentratın keyfiyyəti optimallaşdırılır.
Bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Müəssisədə hər birinin tutumu 50 kubmetr olan saxlama çənləri, 6 ədəd flotasiya anbarı, 8 ədəd təmizləyici anbar var. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !