Azərbaycanda qızıl hasilatı azalıb

16:04 | 16.11.2022
Azərbaycanda qızıl hasilatı azalıb

Azərbaycanda qızıl hasilatı azalıb

2022-ci ilin yanvar-oktyabrında Azərbaycanda qızıl hasilatı 2555,1 kq təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 11,2% azdır, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Hesabat dövründə gümüş hasilatı 5 min 572 kq (artım 40,8%) təşkil edib.

2022-ci il noyabrın 1-nə hasilat müəssisələrinin anbarlarında hasil edilmiş qızıl ehtiyatı 339 kq, gümüş 438,7 kq təşkil edir.

Hazırda Azərbaycanda qiymətli metallar dövlətə məxsus "AzerGold” QSC və Böyük Britaniyanın "Anglo Asian Mining PLC” şirkəti tərəfindən hasil edilir.

"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Anglo Asian Mining PLC ilə 21 avqust 1997-ci ildə PSA tipli müqavilə imzalanmış və 6 yatağın işlənməsi nəzərdə tutulmuşdur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. 2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət sərəncamında üç yeni müqavilə bloku aldı və birini inkişaf etdirmək hüquqlarından imtina etdi. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir. Hazırda Anglo Asian Mining Gədəbəy və Qoş müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM