Azərbaycanda qoyunlara sənəd veriləcək

12:18 | 01.10.2014
Azərbaycanda qoyunlara sənəd veriləcək

Azərbaycanda qoyunlara sənəd veriləcək

“Şəhadətnamədə bütün məlumatlar öz əksini tapır”.

Bu günə qədər paytaxta gətirilən qurbanlıq heyvanlarda neqativ bir halla rastlaşmamışıq. 

ANN.Az xəbər verir ki, bu sözləri ANS PRESS-ə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. 

O bildirib ki, Qurban Bayramı ilə əlaqədar olaraq paytaxta gətirilən heyvanlar kliniki baxışdan keçirilir: “Qurbanlıq heyvanların satışı üçün 23 yer ayrılıb. Bu yerlərin hər birinə baytar həkimlər təhkim olunub. Satış müəyyən olunan kəsim məntəqələrinə də iki həkim təhkim olunacaq. Qurbanlıq heyvanlar yoxlanılır və onlar üçün baytarlıq şəhadətnaməsi verilir. Bu şəhadətnamədə heyvanla bağlı bütün məlumatlar öz əksini tapır. Yəni, bu sənəddə heyvana hansı peyvəndlər vurulub, qurbanlıq sağlamdırmı və s. kimi məsələlər əks olunur”. 

Y.Xanvəli həmçinin qeyd edib ki, kəsim aparılan yerlərdə laboratoriyalar da fəaliyyət göstərir. O qeyd edib ki, həmin laboratoriyanın mütəxəssisləri də bu işə cəlb olunacaq: 

“Kəsim aparılan zaman müayinə üçün həmin heyvanlardan nümunələr götürüləcək. Müsbət cavab alındıqdan sonra isə heyvanların satışına icazə veriləcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM