Azərbaycanda quş əti bahalaşıb

15:32 | 12.03.2014
Azərbaycanda quş əti bahalaşıb

Azərbaycanda quş əti bahalaşıb

Fevral ayında satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7% ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8% bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib.Məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1%, kartofun 0,3%, lobya dəninin 0,4%, kələmin 1,1%, qırmızı turpun 0,1%, baş sarımsağın 0,6%, göy soğanın 1,9%, quru otun 0,4%, yoncanın istehsalçı qiymətləri 1,9% bahalaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1% və 3,4% ucuzlaşıb, heyvanın istehsalçı qiymətləri 1,3%, şabalıdın 0,3%, fındığın istehsalçı qiymətləri isə 4,6% bahalaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3%, qoyun ətinin (diri çəkidə) 0,8%, camışın 0,6%, südün 0,1%, quş ətinin (diri çəkidə) 4,9%, yumurtanın istehsalçı qiymətləri 0,3% bahalaşıb.Bu bahalaşma ilə yanaşı ay ərzində mal ətinin (diri çəkidə) 0,4%, təbii balın istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2% bahalaşma müşahidə olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti