Azərbaycanda qız çox doğulur, ya oğlan?

11:37 | 20.10.2014
Azərbaycanda qız çox doğulur, ya oğlan?

Azərbaycanda qız çox doğulur, ya oğlan?

Dövlət Statistika Komitəsi 2014- cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə baş verən doğum və ölüm halları ilə bağlı statistikanı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, cari ilin ilk 9 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açıb və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalıb. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmaqla 1986-sı əkiz, 45-i isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir. Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür. Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM