Azərbaycanda rabitə sahəsində islahatlar aparılacaq

09:35 | 12.05.2014
Azərbaycanda rabitə sahəsində islahatlar aparılacaq

Azərbaycanda rabitə sahəsində islahatlar aparılacaq

Yaxın vaxtlarda Azərbaycanda rabitə xidmətlərinin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq. Yoxlama prosesi 1-2 ay davam edəcək. Onun nəticələrindən asılı olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.Bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, proses “Bakı 2015” birinci Avropa Oyunları ərəfəsində aparılacaq.Nazir Azərbaycanda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında rabitə xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə artıq bir neçə texnoloji şirkətə müraciət edildiyini bildirib.Ölkədə rabitə sahəsində aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan nazir Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information Technology Report 2014”) adlı illik hesabatın nəticələrindən söz açıb.Qeyd olunub ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.Azərbaycanın 20-dən artıq göstərici üzrə MDB ölkələri arasında lider mövqe qazandığını vurğulayan Ə.Abbasov xüsusən respublikamızın “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqində birinci yerə sahib olmasını yüksək dəyərləndirib.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti