Azərbaycanda qəzet redaktoru saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İrəvan Press” qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədovu şantaj edib. O, Azər Abbasov məmurlar barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb edib. Daha sonra onların göndərdiyi həmin vəsaiti poçt vasitəsilə çıxararaq mənimsəyib.Qəzet redaktoru saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !