Azərbaycanda rəqabətin inkişafı üçün milli fəaliyyət planı hazırlanıb

12:14 | 11.07.2024
Azərbaycanda rəqabətin inkişafı üçün milli fəaliyyət planı hazırlanıb

Azərbaycanda rəqabətin inkişafı üçün milli fəaliyyət planı hazırlanıb

Azərbaycanda rəqabətin inkişafı üçün 2024-2026-ci illər üzrə Milli Fəaliyyət Planı hazırlanıb. Bu barədə report  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə istinadla yazıb. 
 
"Plan təsdiqləndikdən sonra rəqabətlə bağlı qanunvericiliyinin mənimsənilməsi, bu məsələnin mədəniyyət formasına keçməsi üçün vacib alətə çevriləcək. Milli Fəaliyyət Planının tətbiq edəcəyi mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması üzrə konkret vaxtlar üzrə öhdəliklər qoyulacaq", - Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
 
İyulun 1-dən ölkədə "Rəqabət Məcəlləsi" qanunu qüvvəyə minib.
 
Milli Məclis Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu 2023-cü ilin dekabrında qəbul edib. 
 
Prezident bu qanunu 2024-cü ilin yanvarında təsdiq edib. 
 
Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılırdı. Yeni layihə 12 fəsil, 84 maddədən ibarətdir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM