“Dövlət Proqramına müvafiq olaraq rəqəmsal televiziya yayımı ilə bağlı işlər görülür, fəaliyyətimiz bu ilin axırına qədər bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təmin etməyə yönəlib”.APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, bu istiqamətdə müəyyən nailiyyətlər var, artıq texniki cəhətdən şərait yaradılıb: “Bu ilin axırlarından vətəndaşlarımızın bu xidmətdən istifadəsinin təmin olunması gözlənilir. Bu fəaliyyət həyata keçirildikdən sonra ölkədə analoq yayımın dayandırılması məsələsinə baxlacaq”. O, hazırda hökumətdə rəqəmsal televiziya yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə pulsuz təminatı məsələsinə baxıldığını da açıqlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !