​Azərbaycanda rouminq tarifləri artacaq

14:34 | 25.12.2015
​Azərbaycanda rouminq tarifləri artacaq

​Azərbaycanda rouminq tarifləri artacaq

Azərbaycanda dekabrın 21-də həyata keçirilən milli valyutanın devalvasiyası ölkədəki mobil rabitə operatorlarının rouminq xidmətlərinin tariflərinə ciddi təsir edəcək.

"Report”un apardığı araşdırmalara əsasən, Azərbaycandakı mobil operatorlar rouminq xidmətləri üzrə xarici tərəfdaşları ilə hesablaşmaları xarici valyutada apardığına görə, bu xidmətlərin manat ekvivalentində dəyəri də artacaq. Bu isə öz növbəsində müştərilərə göstərilən rouminq xidmətlərinin bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, "Azercell Telecom” şirkəti "Report”un sorğusuna cavab olaraq bildirib ki, ölkədə xarici valyutanın məzənnəsinin yüksəlməsi şirkətin istər rouminq, istər ölkədaxili səs və mobil data tariflərində hələ ki, heç bir qiymət dəyişikliyinə səbəb olmayacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM