Azərbaycanda Rusiya pasportlarının verilməsinə aydınlıq gətirildi

12:52 | 07.05.2014
Azərbaycanda Rusiya pasportlarının verilməsinə aydınlıq gətirildi

Azərbaycanda Rusiya pasportlarının verilməsinə aydınlıq gətirildi

Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir.
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası və qanunvericiliyində vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları qeyd edilib. O, bildirib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür