Azərbaycanda sabit internetin sürəti 58% artıb

16:14 | 17.09.2024
Azərbaycanda sabit internetin sürəti 58% artıb

Azərbaycanda sabit internetin sürəti 58% artıb

Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 45,47 Mbit/s-i ötüb ki, bu da ölkəyə dünya reytinqində 5 pillə yüksəlməyə imkan verib. Mobil internetin sürəti də artaraq 55,14 Mbit/s-ə çatıb ki, bu da ölkənin mövqeyinin 4 pillə yaxşılaşmasına səbəb olub. İnternetin performansının yoxlanılması üzrə qlobal lider olan Ookla şirkətinin son hesabatında bildirilib. 

Ümumilikdə, son bir ildə ölkədə sabit internetin sürəti 58 faiz, mobil internetin sürəti isə 28 faiz artıb.

Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu təsirli nəticələr rəqəmsal infrastrukturun inkişafına böyük sərmayə qoyuluşu sayəsində mümkün olub.
 
Xüsusilə, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən və bütün ölkə ərazisində fiber-optik şəbəkələrin genişləndirilməsinə yönəlmiş "Onlayn Azərbaycan” layihəsi əsas rol oynayıb.

Uğurla başa çatmaq mərhələsində olan "Onlayn Azərbaycan” rəqəmsal rabitəni əhəmiyyətli dərəcədə sürətləndirib və keyfiyyətini yüksəldib ki, bu da iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün yeni imkanlar açır. Elektron ticarət, teletibb, distant təhsil və digər sahələr inkişaf üçün yaxşı imkanlar əldə edib. 

Bu yolla Azərbaycan innovasiyaları və iqtisadi inkişafı təşviq edərək regional rəqəmsal texnologiya ekosistemində əsas oyunçu kimi mövqeyini möhkəmləndirir.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM