Azərbaycanda şagirdlərin illik xərci artırılır

17:19 | 03.06.2017
Azərbaycanda şagirdlərin illik xərci artırılır

Azərbaycanda şagirdlərin illik xərci artırılır

Azərbaycanda tam orta təhsil pilləsi üzrə bir şagirdə düşən illik xərc artırılacaq.

Anews.az azvision.az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Tədbirlər Planında 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi üçün metodologiyanın hazırlanması və mövcud hesabatvermənin təkmilləşdirilməsi və təhsil xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərə alınması qeyd olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti