Azərbaycanda şairlərə əlavə səlahiyyət veriləcək

16:16 | 04.12.2014
Azərbaycanda şairlərə əlavə səlahiyyət veriləcək

Azərbaycanda şairlərə əlavə səlahiyyət veriləcək

 Millət vəkili: "Elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar, bir yerdə işləmədiklərindən pensiya ala bilmirlər”

""Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında" qanun hazırda ciddi müzakirə obyektidir”.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.  Onun sözlərinə görə,  həmin qanunda Azərbaycanda yaradıcı şəxslərə (şair, yazıçı, rəssam və bəstəkarlar) müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulur: "Həmin şəxslər Azərbaycan xalqının mədəniyyətini yaradırlar. Onlar QHT üzləri deyillər”.

Komitə sədri onu da bildirib ki, bədii yaradıcılıqla məşğul olan şəxslərin vergidən azad olunma ehtimalı var: "Onların kitabı dövlət hesabına çap oluna, ədəbi orqanların, jurnalların, qonorarları artırıla bilər”. N. Cəfərovun sözlərinə görə, elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar: "Başqa işdə çalışmadıqları üçün pensiya yaşına çatanda  pensiya ala bilmirlər. Amma bir zamanlar fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvləri heç bir yerdə işləmədən pensiya ala bilərdilər”.

Millət vəkili vurğulayıb ki, hər hansı yazıçı, şair yazdığı şeirə görə aldığı qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcək və həmin vəsaitə uyğun da pensiya alacaq: "Yaradıcı insanlar bəzən o qədər də cəsarətli olmurlar. İş tapmağa can atmırlar. Çünki yaradıcılıqla iş tutmur”.

 "Azərbaycanda böyük tarixi olan yaradıcı təşkilatları var. Onlar dövlət tərəfindən maliyyələşdirilir. Həmin təşkilatların dövlət, cəmiyyət qarşısında hansı məsuliyyət daşımaları isə  qanunvericilikdə öz əksini tapmayıb” deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, bu qanun ilk oxunuşda çoxdan qəbul edilsə də, hazırda onun ikinci oxunuşa çıxarılması gözlənilir: "Burada da əsas məsələ maliyyə məsələsidir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür