"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır.
Bu barədə Oxu.Az-a ASC-dən məlumat verilib.
Avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması Cəmiyyətin "Azəryolelmitədqiqatlayihə” İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.
Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümunələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi aktlaşdırılaraq "Azəravtoyol” ASC-yə təqdim edilir.
Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud normalardan kənara çıxma halları) olarsa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi "Azəravtoyol” ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !