Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək

17:01 | 02.02.2014
Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək

Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Abşeron yarımadasında fevralın 3-də temperatur gecə 7-12, yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə 8-10, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 3-də gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Aran rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyünün birinci yarısına kimi davam edəcək.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM