Azərbaycanda seçicilərin sayı açıqlanıb

13:00 | 10.07.2024
Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.  
 

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM