Azərbaycanda seçki: Prezident necə aldatdılar?

13:05 | 19.02.2020
Azərbaycanda seçki: Prezident necə aldatdılar?

Azərbaycanda seçki: Prezident necə aldatdılar?

Ötən ilin əvvəlindən başlayan islahat dalğası bütövlükdə cəmiyyəti əhatə etməyə kifayət elədi. Ilin ortasında başlayan sosial və kadr islahatları, 4 milyona yaxın şəxsin maddi vəziyyətinin yaxşılaşması, eynizamanda büdcəyə yük kimi qalmaqda davam edən oxşar nazirliklərin birləşdirilməsi bu islahatlara daxil idi.

Daha sonra prezident Ilham Əliyevin daxili və xarici siyasəti əlaqələndirərək, erməni baş nazir Paşinyanı bir neçə dəfə "nokaut”a salması cəmiyyətdəki nüfuzunu ən yüksək həddə çatdırdı. Ictimaiyyətdən aldığı dəstək hesabına uzun illərdir ki, hakimiyyətdə "ZON” rejimi yaradan, arxa bağçada silahlanmış, dövlətin içindəki böyük güc olan PA rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi həyatdan cavabdeh olan media, siyasi fəaliyyət sahəsində hörümçək toru qurmuş Əli Həsənov vəzifələrini itirdi.

Dövlət başçısı ilə xalqın birliyi sayəsində formalaşan güc Prezidentə imkan verdi ki, sonrakı dönəmdə islahatlarla ayaqlaşa bilməyən, 2015-ci ilin siyasi ab-havasında məclisə girmiş, müxtəlif məmurların, maraq şəbəkələrinin oyuncağı olan Milli Məclisi buraxsın. Bununla bağlı, təkcə, islahat amili deyil, həm də Əliyev əleyhinə formalaşan daxili və xarici agentura şəbəkələrinə ciddi zərbə vurmaq üçün seçkinin vaxtı 9 ay əvvələ alındı və 2020-ci ilin noyabrına hazırlaşan qüvvələr ofsayta düşdülər.

Seçkilərə qeydiyyatın elan olunması ərəfəsində, yerli jurnalistlərə müsahibəsində Prezident son sözünü söylədi: "Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir.
 
Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar”.

Bu çıxış və bütün seçki prosesi müddətində ilk dəfə ölkədə böyük demokratiya görüntüsü yarandı. Seçkiyə qoşulan bütün namizədlər yaradılmış ab-havada fəaliyyət göstərə bildilər.Çünki prezidentin sözü hədəfə dəymiş, cəmiyyətin bütün maraqlı tərəfləri seçkilərə qoşulmuşdu. Bu normal proses seçkiyə 24 saat qalana qədər məcəlləyə uyğun davam etməklə yanaşı, seçki gününə də böyük ümidlər doğurdu.
 
Amma şok… 9 fevral məntəqələr bağlanmamış sosial medianı total saxtakarlıqları özündə əks etdirən görüntülər bürüdü. Sayı-hesabı o qədər çox idi ki, bütövlükdə seçki prosesi və qanuniliyi şübhə altına düşdü. Bu şübhə təkcə o görüntülərlə də bitmədi. Illərdir xalqın sözünü deməyən, öz mənafelərini güdən, üç –dörd çağırışdır ki, MM-də əyləşən, oğluna, qohumuna imkanları hesabına obyekt açıb, mağaza tikən şəxslərin bir xeyli hissəsi parlamentə "seçildi”. Cəmiyyət üçün bundan dəhşətli şok olmazdı ki, bu baş verdi. Üstəgəl, məsələnin ikinci tərəfi prezidentin sözünə inanıb, seçkiyə gedən seçici və namizədlərin aldadılması, hissləri ilə oynanılması idi.
 
Nə baş vermişdi? Axı bu mənzərə prezidentin islahat addımı ilə, yenilənmə formulu ilə üst-üstə düşmürdü. Demək ki, təkcə xalq yox, elə əslində prezident hədəfə alınmışdı. Bu isə ondan xəbər verir ki, Hadı Rəcəblini, Hüsenybala Mirələmovu, İqbal Məmmədovu, Azər Kərimlini və onlarla bu cür yarıtmaz, xalq nifrətini qazanan şəxsləri parlamentə salmaqla prezidentə böyük zərbə vurmuşdular. Baxmayaraq ki, onların bir neçəsinin nəticələri ləğv edildi, amma necə deyərlər daşlar yerindən oynadı.
 
Hələ bu son deyil, ölkə rəhbərinə daha bir zərbə isə seçkilədən sonra vuruldu. Prezident gəncləri etirazlar üçün küçələrə çıxmağa çağırdı. Əslində bu açıqlama ciddi antikoalisyanın varlığından və kimlərinsə prezidenti təhdid etdiyi mənasına gəlirdi ki, MSK qarşısında polis etirazçıları sürüyərək, rayonlara qədər apardı. Nəticədə böyük bir oyun baş verdi.Ölkə rəhbərinin islahat addımı parlament mərhələsində tərəddüdə məruz qaldı. Bu parlament onun deyil, ona görə də yaxın bir-iki ildə yeni seçkilərin keçirilməsi gündəmdə olacaq. Nə qədər ki, "bəzi” məmurlar əmri cənab prezidentdən alıb, "kimlərinsə” dediklərini icra edəcəklər aparılan islahatlar heç bir nəticə verməyəcək…

Mikayıl Mirzəzadə
Hokm.az informasiya portalının icraçı direktoru

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM