Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
"Burada gizli bir şey yoxdur. Biz istəmişik ki, ən mütərəqqi metodları Azərbaycanda tətbiq edək. Daha yaxşısı olacaqsa, tətbiq edəcəyik.
Amma biz eksperiment keçirmək niyyətində deyilik. Hesab edirəm ki, hazırki seçki qanunvericiliyi Avropa standartlarına uyğundur. Fikrimcə, bizim indiki standartlar seçkinin şəffaf və ədalətli keçirilməsinə yetərlidir. Biz dünyada inkişaf etmiş, müasir çağırışlara cavab verən bir dövlətik.
Yeni qaydaların da tətbiq olunmasına heç bir problem yoxdur”, - MSK katibi əlavə edib. (report)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !