Azərbaycanda şəhid ailələrinə nə qədər pul verilir?

12:35 | 11.02.2014
Azərbaycanda şəhid ailələrinə nə qədər pul verilir?

Azərbaycanda şəhid ailələrinə nə qədər pul verilir?

Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödənilir.

Bu barədə Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavabda bildirilib.Nazirliyin rəsmi məlumatına görə, bu məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir.Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir.Yəni, dünyasını dəyişən əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti