Azərbaycanda seçki startı verilir

12:48 | 17.10.2014
Azərbaycanda seçki startı verilir

Azərbaycanda seçki startı verilir

Gələn həftə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək. ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirənin açılışındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı artıq tədbirlər planı da hazırlanıb.M.Pənahov qeyd edib ki, bütün addımları atmağa başlayanda onların qanunverciliyin tələblərinə uyğun olması üçün MSK tədbirlər görməyə, maarifləndirici işlər aparmağa başlayıb.MSK sədri bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib: "Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb. Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır".Onun fikrincə, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.M.Pənahov əlavə edib ki, harada ədalətli seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, dünya təcrübəsi göstərir ki, bu, orada ciddi problemlərə gətirib çıxarır. Amma bu vaxta kimi Azərbaycan Prezidentinin ölkədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün iradəsinin olmamasına heç işarə belə yoxdur: "Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər. Biz də çalışmalıyıq ki, onlara bu imkanları verməyək".O, əlavə edib ki, MSK seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırda bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM