2023-cü ilin yanvar-noyabrında Azərbaycanda 3 418,4 min ton sement istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 132,7 min və ya 4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
2022-ci ilin yanvar-noyabrında bu göstərici 3 285,7 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 39,7 min ton və ya 40,2% azalıb.
Ötən ilin dekabrın 1-də hazır məhsul ehtiyatı 98,8 min ton təşkil edib.
Ötən ildə Azərbaycanda sement istehsalı 3,5% artaraq 3 milyon 558,1 min ton təşkil etmişdir.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !