Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

11:08 | 20.03.2023
Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

Bu ilin yanvar-fevralında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 20,7 % çox olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 33,8 milyon ton yük daşıyıb. Yüklərin 53,3 %-i avtomobil nəqliyyatı, 34,7 %-i isə boru kəməri, 8,6 %-i dəmir yolu, 3,3 %-i dəniz, 0,1 %-i hava ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 % təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb