2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
ANN.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1 faiz, digər xarici ölkələr üzrə 7,5 faiz ucuzlaşma müşahidə olunub.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 faiz ucuzlaşıb.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0 faiz bahalaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0 faiz ucuzlaşma müşahidə olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !