Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır

18:06 | 18.04.2014
Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır

Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır

Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır.APA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında çıxışı zamanı deyib ki, uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktik əhəmiyyətə malik tam səslə idarə olunan mini kompyuterlərin istehsalı və mobil təkliflərin işlənib hazırlanması əldə olunan nailiyyətlərdəndir. Nazirliyin AMEA ilə sıx əməkdaşlıq etdiyini deyən Ə.Abbasov qeyd edib ki, elmi jurnalların çap edilməsi, bir çox tədbirlərin keçirilməsi üçün dəstək verilir. Prezident İlham Əliyevin dəstəyi ilə yeni inkişaf yoluna başlandığını deyən nazir elmlə iqtisadi sahənin əlaqələndirilməsinin vacibliyini qeyd edib. O, innovativ iqtisadiyyatın yaradılmasının önəmini d’ vurğulayıb: “Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır, sənaye və texnoloji parklar yaradılır”.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM