Azərbaycanda səsvermə başladı

09:11 | 23.12.2014
Azərbaycanda səsvermə başladı

Azərbaycanda səsvermə başladı

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

APA-nın məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səsverməsi üçün açılıb.
 
Səsvermə prosesi saat 19:00-da başa çatacaq.
 
Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək.
 
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün  37 077-yə qədər namizəd qeydə alınıb.
 
Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM