Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

20:16 | 04.01.2018
Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

"2016-cı illə müqayisədə ötən il Azərbaycanda seysmik aktivlik azalıb”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, 2016-cı ildə Azərbaycanda hiss edilən zəlzələlər daha çox olub.

V. Rafiqqızının sözlərinə görə, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir.

Şöbə müdiri qeyd edib ki, yanvarın ilk günündə İsmayıllıda qeydə alınan zəlzələ hiss edilib, çünki zəlzələnin dərinliyi 8 kilometr olub: "Yəni ocağın dərinliyi yer səthinə yaxın olanda bəzən maqnitudası az olan zəlzələlər də hiss oluna bilir. Həm də İsmayıllı - Şamaxı zonası Azərbaycanda ən aktiv bölgələrdən biridir və orda seysmik aktivlik daima var. Bu baxımdan da həmin ərazidə təkanların baş verməsi gözləniləndir”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti