Azərbaycanda siçan mağazadan 324 manat pul apardı - VİDEO

09:28 | 11.10.2019
Azərbaycanda siçan mağazadan 324 manat pul apardı - VİDEO

Azərbaycanda siçan mağazadan 324 manat pul apardı - VİDEO

Saatlıda mağaza sahibinin başına tragikomik hadisə gəlib.

Rayonun Xanlar kəndində ərzaq mağazası işlədən Rəhman Piriyev kassadan pulun yoxa çıxdığını görüb. O, hər gün səhər mağazaya gələrkən axşam sayıb kassaya qoyduğu pulların əskik olduğunun şahidi olub.

Hadisədən təşvişə düşən Rəhman Piriyev mağazada olan kameraya baxmaq qərarına gəlir. Məlum olur ki, kassadakı pulları siçan aparırmış. Görüntülərdən aydın olur ki, siçan 11 dəqiqə ərzində 324 manat pulu öz yuvasına daşıyıb.


Mağaza sahibi pulları siçanın yuvasından götürüblər. Dediklərinə görə, pulların hec biri zədələnməyıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb