Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi artırılacaq

17:54 | 27.08.2024
Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi artırılacaq

Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi artırılacaq

Azərbaycanda ödəmə qabiliyyətini itirən investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski üzrə sığortalanacaq məbləğin maksimal həddi 20 min manatdan 100 min manata kimi artırılacaq.  Bu barədə "Report"a "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.

"Banklar müflis olduqda hesablarında olan sığortalanmış əmanətlər kompensasiya edildiyi kimi, investisiya şirkəti də müflis olduqda investisiya hesablarındakı pul vəsaitləri sığortalandığı halda sahiblərinə qaytarılacaq", - AFBİA-nın rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sığorta investisiya hesabında yerləşdirilən valyutasından aslı olmayaraq maksimum hədd 100 min manat ekvivalentində olmaqla bütün vəsaitlərə şamil ediləcək.

2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM